featured-image-5785

Msport.az Polşanın “sport.onet.pl” saytında “Qarabağ” haqqında yazılmış “Qafqaz Barselonası” “Lex Poznan” yolunda” yazısını təqdim edir:

“Qarabağ” “Lex Poznan”ın Çempionlar Liqasının I təsnifat mərhələsində rəqibi olacaq. Poznan klubunun rəqibi güclüdür və varlıdır. Onlar milli çempionatda dominantlıq edirlər və müntəzəm olaraq avrokubokların qruplarında mübarizə aparırlar. Azərbaycanda onları klubdan daha artıq adlandırırlar, “Barselona” katalonlar üçün olan kimi. “Qafqaz Barselonası” adı da buradan yaranıb.

Ağdam klubu Azərbaycan qida sənayəsinin əsas şirkəti  Azərsun”un pulu hesabına yaşayır. Şirkət 2011-ci ildə komandanın sponsoru oldu və o vaxtdan klub zirvəyə yüksəlir. “Qarabağ” müntəzəm olaraq 2014-cü ildən avrokubokların qrupunda oynayır. 2017-2018-ci illər mövsümündə isə Çempionlar Liqasının qrupuna yüksələn ilk Azərbaycan klubu oldu. Komanda ÇL-də “Çelsi”, “Atletiko”, “Roma” kimi klublarla qarşılaşdı. Qrupda sonuncu yeri tutsalar da, iki dəfə (0:0, 1:1) “Atletiko” ilə bərabərə qala bildilər.

Klubun adı uzun illər ermənilərlə azərbaycanlılar arasında etnik ərazi münaqişəsinin getdiyi Qarabağ bölgəsindən götürülüb. Bu, SSRİ-nin dağılmasından sonra ən böyük münaqişələrdən biri sayılır. Bu günə kimi də döyüşlərdə hər iki xalq tərəfindən itkilər olur. Amma azərbaycanlılar üçün ən əsası “Qarabağ Azərbaycandır, Azərbaycan Qarabağdır”. Ona görə də bu regiondan olan klubun Azərbaycan bayrağı altında çxış etməsi çox vacibdir. Dağlıq Qarabağdakı silahlı münaqişənin komanda üçün də mənfi cəhətləri var. “Qarabağ” ev oyunlarını Ağdamda yox Bakıda keçirməli olur, klubun bazası da paytaxtdadır. “Qarabağ” ora köçməli idi, lakin silahlı münaqişənin tam yekunlaşmaması  bu vaxtı uzadır.

Böyük təcrübəyə malik məşqçi

Komandaya 2008-ci ildən Qurban Qurbanov rəhbərlik edir. Avropa futbolunda bir məşqçinin bu qədər uzun müddətə komandanı çalışdırması  bir qədər gözlənilməzdir.

Qurbanov 2017-ci ildə klubda işləməklə yanaşı Azərbaycan millisinin də baş məşqçisi oldu. Təxminən bir ildən sonra o, iki yerdə çalışmaqdan imtina etdi və bütün diqqətini klubdakı fəaliyyətinə yönəltdi.

Polşa klublarının qalibi

“Qarabağ” gözlənlmədən Polşa klublarının fatehinə çevrildi. 2010-cu ildə o “Visla Krakov”u mübarizədən kənarlaşdırdı. Səfərdə 1:0 qələbə qazanan azərbaycanlılar cavab matçında da Henrik Kasperçakın komandasından üstün oldular.

Daha sonra “Piast”la oyunlar oldu. “Piast” Bakıda hesabda önə keçsə də, 1:2 uduzdu. Növbəti görüşdə oyun əlavə vaxta getdi. Hesabı 2:2 edən “Qarabağ”  mərhələni keçdi. “Legiya” da 0:3 hesabı ilə uduzaraq “Qarabağ”la bacarmadl.

“Qarabağ”da Ekstraklasa

Yakub Jezniçak 2017-ci iyulunda “Legiya”nı Azərbaycan komandasına dəyişəndə o vaxt buna hamı təəccüblənmişdi. Ancaq zaman göstərdi ki, bu doğru qərar imiş. Mərkəz müdafiəçisi öz klubu ilə tarixi uğura nail olaraq ÇL-in qrupuna düşdü. Legiya” isə heç Avropa Liqasının qrupuna da vəsiqə qazana bilmədi.

Bundan başqa, “Qarabağ”a 2013-2016-cı illərdə “Visla”nın heyətində parlayan Donald Gerye də gəldi. O, Azərbaycan klubunda 83 oyunda 12 qol vurdu və 5 məhsuldar ötürmə verdi.

Hazırda komandada bu yaxınlarda “Legiya” ilə Polşa çempionu ola bilmək şansı olan Marko Veşoviç də var. Monteneqrolu futbolçu 3 il  “Legiya”nın heyətində çıxış etdi. 2019-2020-ci illər mövsümünün sonunda çarpaz bağlardan zədə aldığından o, növbəti çempionatı demək oar boşa verdi. Klub onunla müqaviləni uzatmadı.  “Qarabağ” Veşoviçə əlini uzatdı və futbolçu artıq yeni komandasında 39 oyun keçirb 3 qol vurub.

AYXAN MƏMMƏDLİ

Bənzər xəbərlər