featured-image-33701

Qara Qarayev “Qarabağ”da son günlərini keçirir. 30 yaşlı yarımmüdafiəçi Ağdam klubundan ayrılacaq. Msport.az-ın əldə etdiyi məlumata görə, “Neftçi” və “Sabah” təcrübəli futbolçunu öz heyətlərində görmək istəyirlər.

Qara yaxşı başa düşür ki, Marko Yankoviç, Julio Romao, Patrik Andrade olan mövqedə onun oynaması mümkün deyil. Üstəlik, dayaq yarımmüdafiəçisi mövqeyində Ağdam klubunun veteranı Riçard Almeyda da var.

“Neftçi”nin kapitanı Emin Mahmudov yaxın dostunu yanına aparmaq üçün əlindən  gələni edir. Lakin karyerasında yalnız “Qarabağ” olmuş futbolçu “Neftçi”yə keçməyə risk etmir. Millimizin sabiq üzvü yaxşı başa düşür ki, bu zaman azarkeşlərin ona olan münasibəti 180 dərəcə dəyişəcək.

Digər variant isə “Sabah”la bağlıdır. Murad Musayev də Qaranı komandasında görməkdə maraqlıdır. Paytaxt klubunda dayaq yarımmüdafiəçisi mövqeyində Elvin Camalovla Kristian da Silva çıxış edir. Qarayev “Sabah”ı seçsə, rahat şəkildə əsas heyət oyunçusu ola bilər.

Yaxın vaxtlarda yarımmüdafiəçinin hansı seçimi edəcəyini görəcəyik. Amma böyük ehtimalla, Qarayev karyerasını “Sabah”da davam etdirəcək.

AYXAN 

Bənzər xəbərlər