"Qarabağ" Andradeni qaytardı - RƏSMİ
“Qarabağ” daha bir futbolçunun keçidini həll edib.
Msport.az xəbər verir ki, ölkə çempionu son olaraq Serbiyanın “Partizan” komandasında çıxış etmiş Patrik Andradeni heyətinə qatıb.
Kabo Verdeli futbolçuyla 2+1 illik müqavilə bağlanılıb. O, 66 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi 2020 – 2022-ci illərdə də Ağdam təmsilçisinin formasını geyinib.







