“Qarabağ” Avroliqaya getsə, bu 2 klubdan biri ilə qarşılaşacaq
Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Msport.az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da start götürən tədbirdə “Qarabağ”ın da potensial rəqibi müəyyənləşib.
Ağdam klubu UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Macarıstan çempionuna iki oyunun yekununda məğlub olacağı halda, yoluna Avropa Liqasında davam edəcək. Belə olan halda Azərbaycan çempionu “Şemrok Rovers” (İrlandiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək. “Qarabağ”ın cütünün məğlubu Avroliqadakı ilk sınağında evdə oynayacaq.
Avroliqada pley-offun ilk oyunları 18 avqustda, cavab görüşləri 25 avqustda baş tutacaq.
Avropa Liqası
Pley-off mərhələsi
Dnepr-1 (Ukrayna) – AEK (Kipr)/Partizan (Serbiya) cütünün qalibi
Gent (Belçika) – Omoniya (Kipr)
Austriya (Avstriya) – Fənərbaxça” (Türkiyə)/Slovaçko (Slovakiya) cütünün qalibi
Linfild (Şimali İrlandiya)/Sürix (İsveçrə) cütünün qalibi – Harts (Şotlandiya)
Maribor (Sloveniya)/HJK (Finlandiya) cütünün qalibi – Silkeborq (Danimarka)
Malmö (İsveç)/Düdelanj (Lüksemburq) cütünün qalibi – Sivasspor (Türkiyə)
Ferentsvaroş (Macarıstan)/Qarabağ (Azərbaycan) cütünün məğlubu – Şemrok Rovers (İrlandiya)/Şkupi (Şimali Makedoniya) cütünün qalibi
Makkabi (Hayfa, İsrail)/Apollon (Kipr) cütünün məğlubu – Olimpiakos (Yunanıstan)/Slovan (Slovakiya) cütünün qalibi
Srvena Zvezda (Serbiya)/Pünik (Ermənistan) cütünün məğlubu – Şerif (Moldova)/Viktoriya (Çexiya) cütünün məğlubu
Ludoqorets (Bolqarıstan)/Dinamo (Zaqreb, Xorvatiya) cütünün məğlubu – Bodo Qlimt (Norveç)/Jalgiris (Litva) cütünün məğlubu