featured-image-9113

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində İsveçrədə “Sürix”lə qarşılaşan və 2:2 hesablı heç-heçə edən “Qarabağ” Bakıya qayıdıb.

Msport.az xəbər verir ki, Ağdam təmsilçisini Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşlər qarşılayıblar.

Xatırladaq ki, Bakıda “Sürix”i 3:2 hesabı ilə məğlub edən “Qarabağ” səfərdə də heç-heçə etməklə mərhələ adlayıb. Qurban Qurbanovun komandası ÇL-in 3-cü təsnifat mərhələsində Macarıstanın “Ferentsvaroş” klubu ilə üz-üzə gələcək. Azərbaycan təmsilçisi ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.

media-e804707a-3568-42cd-996d-8bc71ec9e2ae media-14bccad9-90ff-41ae-8f0b-c3125d26dc5f media-3c6f4dde-dc57-4065-aebe-172b2bbdb297

Bənzər xəbərlər