featured-image-5802

İsveçrənin “Sürix” klubunun prezidenti Ansilyo Kanepa UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki mümkün rəqibləri barədə açıqlama verib.

Msport.az xəbər verir ki, o, mümkün rəqiblərdən “Qarabağ” barədə də fikirlərini bildirib:

“Əvvəlcə yaxşı xəbərdən başlayaq: biz ilk matçımızı səfərdə keçirəcəyik. Bu, o deməkdir ki, cavab oyununa öz meydanımızda çıxacağıq və iki mümkün rəqibdən hansının stadionuna gedəcəyimiz üzərində düşünməyəcəyik.

“Lex” güclü Polşa Ekstraklasasında bir çox uğura imza atıb. Bu komandanın böyük beynəlxalq təcrübəsi də var. Eyni sözləri ikinci mümkün rəqib “Qarabağ” barədə də demək olar. Ağdam təmsilçisi Azərbaycan Premyer Liqasında uzun illərdir dominantlıq edir və böyük beynəlxalq təcrübəyə malikdir. İstənilən halda, bu iki çətin rəqibdən biri ilə qarşılaşacağıq. Növbəti mərhələyə keçmək üçün mümkün olan hər şeyi edəcəyik”.

Bənzər xəbərlər