featured-image-6839

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Qarabağ” bu gün iki yoxlama oyunu keçirib.

Msport.az  xəbər verir ki, Ağdam klubu əvvəlcə Almaniyanın “Holştayn Kiel” klubu ilə qarşılaşıb. Sat 14:00-da start götürən bu oyunda qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib.

Qurban Qurbanovun komandası günün ikinci yarısında daha bir matça çıxıb. Bu dəfə rəqib Rumıniya “Universitatya Krayova”sı olub. Saat 20:30-da başlayan bu oyun da heç-heçə bitib.

Xatırladaq ki, Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” ilk yoxlama oyununda Rumıniyanın “Botoşani” klubunu böyük hesabla məğlub etmişdi – 4:0.

Yoldaşlıq oyunları

29 iyun

“Qarabağ” – “Holştayn Kiel” (Almaniya) 2:2
Qol: R.Şeydayev, 28, 45 (pen.) – P.Sander, 56, O. Vridt, 76 (pen.)
Saat: 14:00
St. Ulrix stadionu

Qarabağ: 23. Luka Quqeşaşvili, 4. Rahil Məmmədov, 8. Marko Yankoviç, 11. Kvabena Ovusu, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev.

“Qarabağ” – “Universitatya Krayova” (Rumıniya) 1:1
Qol: F.Ozobiç, 16 – A.İvan, 36.
Saat: 20:30
Yenbax stadionu

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.

Bənzər xəbərlər