"Qarabağ"dan Qara Qarayevlə bağlı rəsmi açıqlama
Mətbuatda Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Qara Qarayevin “Neftçi” ilə anlaşdığı barədə xəbərlər yayılıb. 30 yaşlı yarımmüdafiəçinin “ağ-qaralar”la 2+1 illik müqavilənin şərtlərini razılaşdırdığı yazılıb.
Məsələyə aydınlıq gətirmək məqsədilər Ağdam təmsilçisi ilə əlaqə saxladıq. Klubun direktoru Emrah Çelikel Msport.az saytına açıqlamasında bunları dedi:
“Bu xəbərlər mənim də qarşıma çıxır. Amma hələlik Qara ilə hər hansı görüşümüz olmayıb. Hansısa komandadan müraciət də almamışıq. Futbolçu ilə danışandan sonra baş məşqçimizin də qərarından asılı olaraq, yaxın günlərdə həm transfer, həm də Qaranın Polşaya aparılıb-aparılmaması məsələsinə aydınlıq gətirəcəyik”.
CAHİD







