“Qarabağ”ı düşünüb 5 futbolçuya istirahət verdi
UEFA Çempionlar Liqasının ll təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Sürix” İsveçrə çempionatının 2-ci turu çərçivəsində bu gün “Lütsern” klubu ilə qarşılaşacaq.
Msport.az xəbər verir ki, artıq Franko Foda komandasının heyətini açıqlayıb. “Sürix” bu mövsüm ilk ev oyununa tam heyətlə çıxmayıb.
“Qarabağ”la matçı düşünən almaniyalı mütəxəssis bir çox futbolçulara istirahət verib. Belə ki, Bakıdakı görüşdə şans əldə etməyən oyunçulardan Conatan Okita, Aigun Tosin, Karol Mets, Stefan Seiler və Akaki Qoqia bu dəfə start heyətində meydana çıxacaqlar.
Xatırladaq, “Sürix” İsveçrə çempionatının ilk turunda “Yanq Boyz”a səfərdə 0:4 hesabı ilə uduzub. Ağdam klubu isə Bakıda baş tutan ilk oyunda bu rəqibinə 3:2 hesabıyla qalib gəlib.







