featured-image-6169

“Qarabağ”ın Avstriyada təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib.

Msport.az xəbər verir ki, bu barədə qol.az-a klubun mətbuat katibi Gündüz Abbaszadə məlumat verib.

Ağdam təmsilçisi ilk görüşündə iyunun 25-də (Bakı vaxtı ilə saat 19:00) “Botoşani” (Rumıniya) ilə qarşılaşacaq. Komanda iyunun 29-da isə iki oyuna çıxacaq. “Qarabağ” əvvəlcə saat 14:00-da “Holştayn” (Almaniya), saat 20:30-da “Universitatya Krayova” (Rumıniya) ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Polşa “Lex”i ilə qarşılaşacaq.

Bənzər xəbərlər