“Qarabağ”ın İsveçrəyə səfər proqramı açıqlandı
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə “Sürix” ilə qarşılaşacaq “Qarabağ” sabah – iyulun 25-i İsveçrəyə yollanacaq.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionunu Sürix şəhərinə aparacaq təyyarə saat 17:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.
İyulun 26-da saat 18:40-da (Bakı vaxtı ilə 20:40) baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 19:00-da isə (Bakı vaxtı ilə 21:00) matçın keçiriləcəyi “Letsiqrund” stadionunda media üçün açıq məşq (ilk 15 dəqiqəsi) reallaşacaq.
Qeyd edək ki, “Sürix” – “Qarabağ” oyunu iyulun 27-də Bakı vaxtı ilə 21:00-da baş tutacaq.







