featured-image-6724

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi “Lex” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Msport.az xəbər verir ki, Polşa klubu “Rusenborq”dan Pavle Vagiçi transfer etməyə yaxındır. İseçli yarımmüdafiəçinin Poznan klubu ilə  razılaşdığı və yaxın zamanda rəsmi müqavilə imzalayacağı bildirilib.

İsveçin U-21 yığmasının üzvü olan 22 yaşlı futbolçu orta sahənin bütün mövqelərində oynaya bilməsi ilə seçilir.  Onun “transfermarkt”da dəyəri 500 min avrodur.

Xatırladaq ki, “Qarabağ” “Lex”lə ilk oyunu iyulun 5-də səfərdə keçirəcək. Komandalar arasındakı cavab matçı 12-də Bakıda olacaq.

Bənzər xəbərlər