featured-image-8962

İsveçrənin “Sürix” komandasının hücumçusu İvan Santini UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində evdə “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb.

Msport.az xəbər verir ki, 33 yaşlı futbolçu klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Bu, bütün gücümüzü ortaya qoymalı olduğumuz oyundur. Bir matçla heç nə bitmir. Qarşıda ikinci görüş var. Meydanın hər qarışı, hər bir top uğrunda mübarizə aparmaq lazımdır. 90 dəqiqə kompakt oynamalı, hər bir detala dikir verməliyik. Düşünürəm ki, bunlar mərhələ adlamaq üçün kifayət edəcək”.

Xorvatiyalı forvard bu oyunu mövsümün ən vacib matçı adlandırıb: “Bu, hazırkı məqamda bizim üçün final görüşüdür. Düzdür, mövsüm yeni başlayıb. Amma bu oyunu udsaq, fantastik mövsüm keçirə bilərik. Oyun ərzində hər şeyə hazır və səbrli olmalıyıq”.

Sabah keçiriləcək “Sürix” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. İlk matçda Azərbaycan təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.

Bənzər xəbərlər