featured-image-7466

Polşanın “Lex” komandasının yarımmüdafiəçisi Mixal Skuraş UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Msport.az xəbər verir ki, o, doğma meydanda keçirdikləri və 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:

“Asan qarşılaşma olmadı. Rəqib topa daha çox nəzarət edirdi. Düzgün müdafiə olunduq. Bütün komanda təşkilatlanmış şəkildə müdafiə olundu. Rəqibin üstünlüyünə baxmayaraq, 100 faizlik qol şansları yox idi.

İkinci hissədə daha yaxşı çıxış etdik. Fasilədən sonra matça yeni nəfəs gətirən dəyişikliklər bizə yardımçı oldu. 50-ci dəqiqədən tempi artırdıq, rəqibə hücum qurarkən sərbəstlik vermədik. Həmlələrinin qarşısını almağa çalışdıq və onlar da səhv etdilər. Qol epizodunda Mikael İshak hücumçunun dayanmalı olduğu yerdə idi. Bunun sayəsində qalib gəldik. Cavab görüşündən əvvəl kiçik üstünlük qazandıq”.

Bu komandalar arasındakı cavab matçı iyulun 12-də Bakıda baş tutacaq.

Bənzər xəbərlər