featured-image-33138

“Qarabağ” yaxın vaxtlarda daha bir transferini rəsmən açıqlayacaq.

Msport.az xəbər verir ki, Patrik Andrade yenidən Ağdam klubuna dönür.
Yarımmüdafiəçi “Partizan”a böyük ümidlərlə yollansa da, onun Serbiya karyerası istədiyi kimi alınmayıb.

30 yaşlı yarımmüdafiəçi yenidən Azərbaycan klubuna qayıtmaq istəyib və bununla bağlı “Qarabağ” nümayəndələrinə müraciət edib.
Qurban Qurbanovun sərəncamında Marko Yankoviç və Julio Romao kimi dayaq yarımmüdafiəçiləri olsa da, Andradenin daha ucuz maaşa gəlməyə razılaşması, baş məşqçinin fikirinə təsir göstərib.
Qeyd edək ki, kabo-verdeli futbolçu “Partizan”dan qarşılıqlı razılıqla ayrılıb.
Andrade “Qarabağ”ı ötən ilin iyununda tərk etmişdi.

Bənzər xəbərlər