featured-image-4769

UEFA Millətlər Liqası turniri çərçivəsində iyunun 3-də Astana Arenada keçiriləcək Qazaxıstan – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

Msport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Mətbuat konfransları və mətbuat üçün açıq məşqlər oyundan bir gün öncə, yəni sabah – 2 iyunda baş tutacaq.

Azərbaycan milli komandası

Saat 17:30. Mətbuat konfransı
Saat 18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Qazaxıstan milli komandası

Saat 19:00. Mətbuat konfransı
Saat 19:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Qeyd edək ki, tədbirlərin başlama saatı yerli vaxtla göstərilib.

Bənzər xəbərlər