featured-image-4981

Belarus milli komandasının baş məşqçisi Qeorqi Kondratyev yığmamızla oyundan danışıb. Msport.az “Pressball”a istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssis Slovakiya ilə matçdan (0:1) sonra keçirilən mətbuat konfransında yığmamız barədə sualı da cavablandırıb:

“Slovakiya ilə oyundan fərqli Azərbaycanla görüşdə start heyətində bəzi dəyişikliklər olacaq. Ancaq bunun nə qədər çox olacağını deyə bilmərəm. Baxaq görək, uşaqlar bərpa dövrünü necə keçib özlərinə gəlirlər. Yəqin ki, taktikada da bəzi fərqliliklər olacaq. Amma indidən heç nə deyə bilmərəm. Biz birinci oyuna fokuslanmışdıq, indi isə artıq Azərbaycanla matçın hazırlığına başlayırıq”.

Belarus millisinin baş məşqçisi Qazaxıstan – Azərbaycan qarşılaşması barədə də danışıb:

“Oyuna tam baxdım. Birinci hissədə Azərbaycan yığması yaxşı təsir bağışlayırdı. Fasilədən sonra isə yəqin ki, qazaxların birinci qolu çox şeyi həll etdi. Bundan sonra azərbaycanlıların oyunu sındı. Futbolda belə şeylər olur. Komandalar təxminən bərabər səviyyədədirlər. Odur ki, nəticə elə də sürpriz olmadı. Hər iki komanda qalib gələ bilərdi, ancaq 3 xalı qazanan Qazaxıstan oldu”.

Qeyd edək ki, yığmamız Millətlər Liqasında növbəti oyununu iyunun 6-da  saat 22:45-də Serbiyanın Novı Sad şəhərində Belarus millisinə qarşı keçirəcək.

Belarus UEFA-nın sanksiyalarına məruz qaldığından ev oyunlarını neytral meydanda və azarkeşsiz keçirir.

 

Bənzər xəbərlər