featured-image-7418

“Qəbələ” son olaraq İsrailin “Aşdod” klubunda çıxış edən Fares Abu Akellə müqavilə bağlayıb.

Msport.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 1+1-dir. Abu Akel artıq bu gündən “Qəbələ”nin Boludakı təlim-məşq toplanışına qoşulacaq. Yaxın saatlarda transfer rəsmən açıqlanacaq.

“Qəbələ”nin yeni transferi ötən mövsüm İsrail şempionatında 28 oyunda meydana çıxıb. O, ötən il “Qarabağ”la Konfrans Liqasının Bakıdakı oyununda (0:0) 90 dəqiqə, cavab matçında (0:1) isə 72 dəqiqə oynayıb.

 

Bənzər xəbərlər