“Qəbələ” Boludakı 12-ci gününü tək məşqlə başa vurdu
Yeni mövsümə Türkiyədə hazırlaşan “Qəbələ” Bolu toplanışını davam etdirir.
Msport.az xəbər verir ki, “qırmızı-qaralar” qonşu ölkədə təşkil olunan təlim-məşq prosesinin 12-ci gününü başa vurub.
Komanda günü bir məşqlə yekunlaşdırıb. Baş məşqçi Elmar Baxşıyevin yetirmələrinin hazırlığı günün ikinci yarısına təsadüf edib. Məşq meydançada gerçəkləşib. Futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər.