“Qəbələ” “Karvan Yevlax”la heç-heçə etdi
Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən “Qəbələ” yoxlama oyununda qüvvəsini sınayıb.
Msport.az xəbər verir ki, “qırmızı-qaralar” öz meydanlarında I Liqa təmsilçisi “Karvan-Yevlax”ı qəbul ediblər. Matç qolsuz bərabərliklə yekunlaşıb.
Qeyd edək ki, “Qəbələ” Azərbaycan Premyer Liqasının VII turunda səfərdə “Sumqayıt”ın qonağı olacaq.







