"Qəbələ"ni təhlil edəcəyik" - "Fehervar"ın baş məşqçisi
“Qəbələ”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Fehervar”Iın baş məşqçisi Mikael Boris “Qalatasaray” üzərində yoxlama oyununda 1:0 qələbə qazandıqdan sonra açıqlama verib.
Msport.az xəbər verir ki, Macarıstan klubunun çalışdırıcısı “Qəbələ” ilə matçlar barədə də danışıb:
“Üç yoxlama matçı keçirdik. Ən çox bundan razı qaldım. Çoxlu şanslar yaratdıq, topu saxladıq və səbrli olduq. Qələbə qazanmağı bacardıq. “Qəbələ” ilə oyundan əvvəl əla sınaq oldu. Bir həftədə çox şey ola bilər. “Qəbələ”ni təhlil edəcəyik. Yavaş-yavaş əsas heyəti beynimdə qururam. Əvəzedici oyunçulara ehtiyacımız var. Sıx qrafikimiz olacaq və buna görə hamıya ehtiyac var”.
“Qəbələ” “Fehervar”la ilk oyunu iyulun 21-də səfərdə keçirəcək. Cavab matçı bir həftə sonra Qəbələdə olacaq.