featured-image-6082

UEFA Konfrans Liqasında “Fehervar”la oyuna hazırlaşan “Qəbələ” Patrik Robsonla yollarını ayıracaq.

Msport.az xəbər verir ki, əyalət klubunda icarə əsasında çıxış edən 24 yaşlı futbolçunun komandadan göndərilməsi ilə bağlı danışıqlar son mərhələdidr. Klubun baş meneceri Nail Kərimovun sözlərinə görə, komandaya iki futbolçu cəlb olunacaq- hücumameyilli (Fernan Lopesin yerinə) və mərkəz yarımmüdaçiəsi (Vukçeviçin əvəzinə).

Yaovi Akakpo zədədən tam qayıtmalı olsa da, ayağında ağrılar olduğu üçün yenidən əməliyyat olunacaq.

Komandanın yeni transferi Felipe Santos isə iyunun 24-də Bakıya qayıdacaq və məşqlərə qoşulacaq.

 

 

Bənzər xəbərlər