featured-image-7077

“Qəbələ”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Fehervar” heyətinə yeni futbolçu cəlb edib. Msport.az Macarıstan klubunun rəsmi saytına istinadən xəbər verir ki, “Zalaeqerseq”dən Nikola Serafimovla 2 illik müqavilə imzalanıb.

22 yaşlı mərkəz müdafiəçisi Şimali Makedoniya milli komandasının üzvüdür.

O, “Fehervar”ı avrokubokda mübarizə apardığı üçün seçdiyini söyləyib. Serafimov Konfrans Liqasında qrup mərhələsinədək irəliləmək istədiklərini bildirib.

Qeyd edək ki, “Qəbələ” “Fehervar”a qarşı ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.

Bənzər xəbərlər