featured-image-5726

Qəbələ” 2022/23 mövsümünün hazırlığına sabah start verəcək.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Qəbələdə bir araya gələcək. İyunun 30-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində bir yoxlama oyununun keçirilməsi planlaşdırılır.

Baş məşqçi Elmar Baxşıyevin yetirmələri iyulun 3-də Türkiyəyə yollanacaq. “Komanda  Boludakı “Termal” otelində məskunlaşacaq.

Ayın 13-dək davam edəcək hazırlıq çərçivəsində 2 yoxlama matçı baş tutacaq. “Qəbələ” iyulun 5-də Türkiyənin “Qaziantep”, 12-də Rumıniyanın “Çiksereda” klubu ilə qarşılaşacaq. Komandanın yeni mövsümə hazırlıq prosesinin növbəti bölümü Konfrans Liqasının II təsnifat mərhələsinin sabah təşkil olunacaq püşkatmasına əsasən müəyyənləşəcək.

 

Bənzər xəbərlər