featured-image-8333

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun İsveçrənin “Qrasshopper” klubuna transferinin detalları müəyyənləşib.

Msport.az xəbər verir ki, İsveçrə klubu bu keçid müqabilində İngiltərə “Vulverhempton”una 315 min funt-sterlinq təzminat ödəyib.

Bu isə təxminən 636 min manat edir. Yığmamızın üzvü isveçrəlilərlə 2+1 illik müqavilə imzalayıb.

Xatırladaq ki, Renat Dadaşov 2020-ci ildə icarə əsasında “Qrasshopper”də çıxış edib. Lakin həmin vaxt ağır zədə səbəbindən o, bu komandada rəsmi oyuna çıxa bilməyib və İngiltərə klubunun düşərgəsinə qayıtmalı olub.

Bənzər xəbərlər