Qurbanov köməkçilərini Polşaya göndərir
“Qarabağ”ın məşqçiləri UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacaqları “Lex”in oyunlarını izləmək üçün Polşaya yollanacaq. Msport.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov məlumat verib.
Təcrübəli mütəxəssis “CBC Sport”a açıqlamasında bunları deyib:
“Lex”in oyunları ilə maraqlandıq. 23-də səhv etmirəmsə, oyunları var. Ayın 28-də matçları olmalıdır. Polşada 3 oyunları olacaq. Məşqçilərimizi ora göndərəcəyik. Daha yaxından canlı görsünlər, rəqiblə tanış olsunlar”.
Qeyd edək ki, “Lex” iyunun 18-də “Vidzev”lə qarşılaşacaq. Poznan təmsilçisi ayın 23-də “Poqon”, 28-də isə “Yagelloniya” ilə də üz-üzə gələcək.