"Rakuv"la oyun öncəsi "Qarabağ"da şok itki
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda bu gün Polşada “Rakuv”un qonağı olacaq “Qarabağ” şok itki ilə üzləşib.
Msport.az saytının məlumatına görə, Ağdam klubunun sağ cinah müdafiəçisi Marko Veşoviç dünən oyunöncəsi məşq zamanı zədələnib.
Monteneqrolu futbolçunun təqribən 4-5 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Bu səbəbdən “Rakuv”la matçda onu Toral Bayramov əvəz edəcək.
Qeyd edək ki, “Rakuv” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.







