featured-image-8771

“Şamaxı”nın əsas komandasının məşqçilər korpusu bəlli olsa da, əvəzedicilərdə vəziyyət fərqlidir. Ötən mövsüm “Şamaxı-2″yə rəhbərlik edən Rüstəm Əliyev A komandasında baş məşqçi Vüqar Əsgərlinin köməkçisidir.

Msport.az-a daxil olan məlumata görə əyalət klubunun əvəzedicilərini Kənan Kərimov çalışdıracaq. “Şamaxı” vaxtilə Region Liqasında çıxış edərkən Kərimov komandanın baş məşqçisi olub. O, məşqçi kimi daha çox “Karvan”dakı fəaliyyəti ilə tanınıb. 45 yaşlı mütəxəssis “Şamaxı-2”-yə Ramiz Məmmədovun xeyir-duası ilə gəlir.

Qeyd edək ki, Məmmədovun klubda yüksək vəzifə tutacağı gözlənilir. O, “Şamaxı”nın Müşahidə Şurası sədrinin müavinlərindən biri olacaq.

Bənzər xəbərlər