Regekampfın keçmiş həyat yoldaşı məşhur agent Ana Mariya Prodan olub
“Neftçi”nin yeni baş baş məşqçisi Laurensiu Regekampfın keçmiş həyat yoldaşı məşhur futbol agenti Ana Mariya Prodan olub.
Msport.az xəbər verir ki, vaxtilə “Playboy” jurnalının modeli olmuş Prodan həm də “Qermanşdat” klubunu alıb. O, komandanın dağılmasının qarşısını almaq üçün 700 min avro xərcləmiş və sonra klubu 21 yaşlı qızı Rebekka Dumitreskuya bağışlamışdı. Ana Mariya Adrian Mutu, Nikolae Stanku kimi məşhur futbolçuların meneceri olub.
Qeyd edək ki, Rebekka da modeldir və 16 yaşından bu sahədədir.