featured-image-8207

Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 21-də keçiriləcək “Aris” – “Neftçi” oyunu öncəsi baş məşqçi Laurentsiu Regekampf və serbiyalı futbolçu Voyislav Stankoviçin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Msport.az xəbər verir ki, iyulun 20-də “AEK Arena”nın mətbuat zalında baş tutacaq tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq .

Konfransdan sonra – saat 21:30-da isə “Neftçi”nin media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

Eyni məkanda həmin gün Bakı vaxtı ilə saat 19:15-də “Aris”in baş məşqçisi Aleksey Şpilevski və qapıçısı Vana Alvesin iştirakı ilə mətbuat konfransı, 19:45-də isə rəqib komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

Qeyd edək ki, bu tədbirlərin “Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.

Kiprin Limassol şəhərindəki “AEK Arena” stadionunda baş tutacaq “Aris” – “Neftçi” oyununa “Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.

Bənzər xəbərlər