featured-image-28476

Millimizin hücumçusu Renat Dadaşov hazırda davam edən İsveçrə çempionatının 29-cu turunun “Vintertur” – “Qrasshopers” oyununda fərqlənib.
Msport.az xəbər verir ki, start heyətində meydana çıxan 23 yaşlı forvard 45+1-ci dəqiqədə hesabı 2:0 komandasının xeyrinə edib.
Matçda hazırda 52-ci dəqiqədir və “Qrasshopers” 2:0 üstünlüyə malikdir.
Qeyd edək ki, bu Dadaşovun cari mövsüm İsveçrə Super Liqasında 8-ci qolu olub.

AYXAN

Bənzər xəbərlər