featured-image-28161

Sərbəst güləş üzrə milli komandamızın lideri Hacı Əliyev bu gün Avropa çempionatında final görüşünə çıxacaq.

Msport.az xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz Dünya Güləş Birliyinin rəsmi saytına açıqlama verib:

“Bu mənim cari ildə ikinci yarışımdır. Məşqçilər qərara alıb ki, dünya çempionatında 65 kq çəki dərəcəsində çıxış edim. Biz fikirləşdik ki, Avropa çempionatı və digər yarışlar üçün çəki salmağa dəyməz. Məncə, 70 kq çəki dərəcəsində də məndə pis alınmır. Hərçənd bir az çətinlik var. Rəqiblər fiziki cəhətdən çox güclüdür və onlar dörd-beş kq salmalı olurlar. Mən texnikaya üstünlük verərək mübarizə apardım, rəqiblərimi aldadaraq finala çıxdım”

ANAR

Bənzər xəbərlər