featured-image-9143

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Makkabi” (Təl-Əviv, İsrail) ilə cavab oyunundan sonra mətbuat konfransında iştirak edib.

Msport.az xəbər verir ki, o, 0:0 hesabı ilə başa çatan oyunla bağlı danışarkən bildirib ki, ilk matçdakı (0:3) bəzi səhvlər cütün taleyini həll edib:

“Maraqlı oyuna şahid olduq. Futbolçularıma təşəkkür etmək istəyirəm. Güclü rəqibə qarşı hər iki oyunda çəkinmədilər, inamlı mübarizə apardılar. “Makkabi”yə qarşı səfərdə oynamaq həmişə çətin olsa da, maraqlı görüş izlədik. Həm bizdə, həm də rəqibdə qol imkanları olsa da, hesab açılmadı.

Rəqibin mərhələ keçməsində “Dalğa Arena”dakı matçda buraxılan bəzi səhvlər həlledici oldu. Eyni zamanda birinci görüşün səfərdə olması “Makkabi” üçün üstünlük idi. Amma onların da haqqını vermək lazımdı. Çox yaxşı komandadı, güclü məşqçiləri, futbolçu heyəti var. Yaxşı futbol camiəsidir. Baş məşqçinin geri qayıtmasından görünür ki, ambisiyalı klubdur və daha böyük yerlər uğrunda mübarizə aparacaq. Onlara bu yolda uğurlar arzulayıram. Biz isə öz yolumuza davam etməliyik. Bu iki oyun göstərdi ki, komanda daha böyük işlər üçün hazırdır. Gələcəkdə bundan da yaxşı olacağıq”.

Bənzər xəbərlər