featured-image-6033

UEFA Konfrans Liqasında mübarizə aparacaq “Zirə”nin hazırlıq planı məlum olub. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İyunun 13-dən təlim-məşq toplanışına start verən qəsəbə klubu bu ayın 23-dək məşqlərini Bakıda keçəcək.

Bir gün sonra Türkiyəyə yola düşəcək Rəşad Sadıqovun komandası Bolu şəhərində “Vonresort” otelində məskunlaşacaq.

“Zirə” bu müddətdə iki yoxlama oyunu keçirəcək.

İyulun 7-də Bakıya dönəcək “Zirə” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Təl-Əviv “Makkabi”si ilə oyunlara son hazırlıq mərhələsini burada keçirəcək.

Bənzər xəbərlər