featured-image-5608
“Zirə” klubunda yeni məşqçi təyinatı olub. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Fərhad Vəliyev qapıçıların hazırlığı üzrə məşqçi təyin edilib. Onunla 1 illik müqavilə imzalanıb.
Buna qədər eyni vəzifəni yerinə yetirən Anar Niftəliyev isə əvəzedici heyətdə çalışacaq.
Qeyd edək ki, millimizin sabiq qolkiperi Fərhad Vəliyev buna qədər “Səbail”də qapıçılarla işləyən məşqçi idi.

Bənzər xəbərlər