Rəşad Sadıqovun köməkçisi yenidən "Zirə"yə qayıtdı
“Zirə”də yeni təyinat rəsmiləşib.
Msport.az xəbər verir ki, Eltun Yaqublu klubun yeni yaradılan Skautinq Departamentinin rəhbəri və seleksiyaçı məşqçisi vəzifəsinə təyin edilib. Onunla iki illik müqavilə bağlanılıb.
Qeyd edək ki, Eltun Yaqublu 2020-2025-ci illər aralığında “Zirə”də Rəşad Sadıqovun köməkçisi kimi fəaliyyət göstərib.
Onun yeni yaradılan “Şəfa” klubunda idman direktoru postuna keçəcəyi gözlənilinirdi. Deyilənə görə, “Şəfa”ya Zaur Həşimovun baş məşqçi postuna namizədliyini də E.Yaqublu irəli sürüb.







