featured-image-6404

UEFA Konfrans Liqasına hazırlaşan “Qəbələ” daha iki futbolçusu ilə müqavilə müddətini yeniləyib.

Msport.az klubun saytına istinadən xəbər verir ki, Rafael Utziq və Omar Hani daha bir il komandanın şərəfini qoruyacaq.

2020-ci ilin yayından “Qəbələ”də çıxış edən Rafael 58 oyun keçirib. 26 yaşlı braziliyalı hücumçu 11 qola imza atıb.

Omar isə ötən ilin yayından komandanın formasını geyinir. 23 yaşlı iordaniyalı yarımmüdafiəçi 25 matçda 2 qol vurub.

Xatırladaq ki, “Qəbələ” daha öncə Ruan Renato, İsnik Alimi, Kristof Atanqana, Yaovi Akakpo, Asif Məmmədov, Murad Musayev və Urfan Abbasovla ilə anlaşmanı bir il müddətinə uzadıb.

Bənzər xəbərlər