featured-image-33763

“Hələ püşkdən sonra həm “Sabah” rəhbərliyinə, həm də mətbuata açıqlamamda demişdim ki, RFŞ rəqibini çox rahat keçəcək. Bu komandanı çox yaxşı tanıyıram”.

Bunu Msport.az saytına açıqlamasında FIFA meneceri Erkin İbrahimov deyib.

Latviya futboluna yaxından bələd olan agent “Sabah”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi olan RFŞ komandasının potensialını dəyərləndirib. O, Bakı klubunun mərhələ adlayacağına inandığını söyləyib:

“Çünki “Sabah” daha təşkilatlanmış komandadır. RFŞ-in əsas gücü baş məşqçisidir. Latviya millisinin keçmiş üzvü Viktor Morozdur.  Praqmatik futbol oynadıqlarını deməzdim. Amma hücuma da çox keçmirlər. Ən zəif yerləri arxa xətləridir. Müdafiədə etibarlı deyillər. Məsələn, heyətdə Lipuçik var. Basketbolçu boyuna malik olsa da, çox ağırdır. Volkov və Mikels kimi sürətli hücumçulara qarşı aciz qalacaq. Ən güclü oyunçuları hücum xəttindədir. Ön xətdə İliç var, Serbiya klubundan 300 min avroya alıblar. “Sabah”ın müdafiəçiləri ona qarşı çox diqqətli olmalıdırlar. Bir də sol cinah vingeri braziliyalıdır – Santana, çox təhlükəli oyunçudur. Əla keçidləri və zərbələri var. Ön xətdə oyunları daha çox bu iki futbolçunun fərdi keyfiyyətlərinə söykənir. Qalan bütün parametrlərdə “Sabah” üstündür və mərhələni də onlar keçəcəklər”.

İbrahimov Latviya klubunun daha çox komanda oyununa üstünlük verdiyini vurğulayıb: “100 faizlə götürsək, 65 faiz hücumameyillidirlər. Latviya çempionatında daha çox 1 nömrə ilə oynayırlar. Düzdür, ötən il Konfrans Liqasının qrupunda oynadılar. Çempionlar Liqasının təsnifat mərhələsindən gəlmişdilər. ÇL-dən Konfransa Liqasına vəsiqə qazanmamaq üçün gərək “Neftçi” olasan. Yəni, UEFA bunun üçün hər cür şərait yaradır. Ona görə də Konfrans Liqasına düşmək böyük nailiyyət deyil. Yəni, “Qarabağ” kimi 4 rəqibi keçmədilər”.

Qeyd edək ki, “Sabah” RFŞ-ə qarşı ilk matçını iyulun 26-də səfərdə, cavab görüşünü isə bir həftə sonra Bakıda keçirəcək.

CAHİD

Bənzər xəbərlər