featured-image-33197

“Neftçi” bu gün yeni baş məşqçisi Adrian Mutunu ictimaiyyətə təqdim etdi. Ən çox maraq doğuran məsələ “ağ-qaralar”ın rəhbərliyindən həmin görüşdə heç kimin iştirak etməməsi idi.

Düzdür, klub prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov və idman direktoru Zaur Əzizov hazırda Sankt-Peterburqdadırlar. Amma lazım gəlsə, onların ordan Bakıya gəlməsi ciddi problem yaratmamalı idi. Görünür, paytaxt klubunun Müşahidə Şurasının sədri, SOCAR prezidenti Rövşən Nəcəf adıçəkilən şəxslərin qəbulda olmasını istəməyib.

Mutu ilə görüşdə R.Nəcəflə yanaşı, SOCAR-ın İşlər İdarəsinin rəisi Hafiz Zeynalov və “Neftçi”nin Mətbuat və Marketinq Departamentinə yeni gələn Aysu İbrahimli iştirak ediblər.

Qeyd edək ki, Zeynalov əvəllər İqtisadiyyat Nazirliyinin Dövlətlərarası İqtisadi Əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində çalışıb.

A.İbrahimlinin son iş yeri isə “Baku Media Center” olub.

AYXAN

Bənzər xəbərlər