Rüfət Dadaşov "Şalke"nin ən yaxşı bombardiri olub
Almaniyanın Qərb Regional Liqasında son – 28-ci turun oyunları keçirilir.
Msport.az xəbər verir ki, Rüfət Dadaşovun formasını geyindiyi “Şalke-2” doğma meydanda “Vyedenbrük”ə qalib gəlib – 5:1. Dadaşov bu matçda işurak eməyib.
Qeyd edək ki, “Şalke-2” turnir cədvəlində 47 xalla 20 komanda arasında 9-cudur. Rüfət isə bu mövsüm 19 matçda 11 qol vurub. O, komandanın ən yaxşı bombardiri olub.