"Sabah"a keçməsi gözlənilən millimizin üzvü klubu ilə təlim-məşq toplanışına getdi
Milli komandamızın müdafiəçisi Anton Krivotsyukun “Visla Plotsk”dan ayrılması gözlənilsə də, 23 yaşlı futbolçu komanda birgə təlim-məşq toplanışına yollanıb. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Qnevino şəhərinə təlim-məşq toplanışına yollanıb.
Heyətdə yer alan 34 futbolçu arasında Krivotsyuk da var. Dooquz gün Qnevinoda qalacaq “Visla Plotsk” 3 yoxlama oyunu keçirəcək.
Polşa təmsilçisi ilə 2023-cü ilin iyununa kimi müqaviləsi olan “Neftçi”nin sabiq müdafiəçisi komandadan ayrılmaq istəyirdi. Onun hətta yaxın günlərdə “Sabah”a keçəcəyi də gözlənilirdi.