“Sabah”da yeni legioner
FİBA Avropa Kubokunun təsnifat mərhələsinə hazırlıqlarını davam etdirən “Sabah” basketbol klubu amerikalı basketbolçu Entoni Vilsonla 1 illik müqavilə imzalayıb.
Msport.az xəbər verir ki, 204 sm boya malik Entoni Vilson NCAA-də (kollec liqası) iştirak edən “George Mayson Patriots” klubunun tarixinə bütün dövrlər üzrə ən çox blok (212) edən oyunçu kimi düşüb. 25 yaşlı basketbolçu son mövsümü Afrika Liqasında iştirak edən Nigeriyanın “Kvara Falkons” klubunda çıxış edib.
“Sabah” daha öncə Korin Henri, Pavle Marçinkoviç, Mayk Holton, Kivon Devonport, Şirzad Şirzadov və Endər Poladxanlı ilə 1 illik müqavilə imzalayıb. Fuad Niftəliyev, Rüstəm Əliyev, Əlikamran Məmmədov və Kaelin Kreynlə müqavilənin müddəti isə daha 1 illiyinə artırılıb.