featured-image-7159

“Sabah” növbəti mövsüm I Divzionda təmsil ounmaq istəmir. Msport.az xəbər verir ki, paytaxt klubu artıq bununla bağlı AFFA-nı məlumatlandırıb. “Sabah-2″nin əksər üzvlərinin digər klublara icarəyə veilməsini əsas gətirən “ağ-göylər” belə bir addım atıblar.

“Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov da xəbəri təsdiqləyib:  

“Yay fasiləsində artıq bir neçə gənc futbolçumuzu müxtəlif Premyer Liqa klublarına icarəyə vermişik. Samir Məhərrəmli “Kəpəz”ə, Veysəl Rzayev və Şakir Seydiov isə “Turan Tovuz”a gedib. Daha bir neçə gənc oyunçumuzla bağlı da oxşar qərarların verilməsi gözlənilir. Bu addımın atılmasına səbəb həmin futbolçuların özlərini daha da inkişaf etdirməsidir.

Bundan əlavə, son mövsümdə əvəzedici heyətin üzvü olmuş bir neçə gənc futbolçu əsas komandamıza cəlb edilib.

Bütün bunları nəzərə alaraq, növbəti mövsümdə əvəzedici komandamızın Birinci Divizionda iştirak etməməsi ilə bağlı AFFA-ya müraciət etdik. Lakin onu da qeyd edim ki, bu, yalnız 2022/23 mövsümü üçün keçərli qərardır”. (Sportinfo.az)

Bənzər xəbərlər