featured-image-5943

David Volkov və Namik Ələskərov kimi futbolçularla güclənən “Sabah” bəzi oyunçularla yolunu ayıracaq.

Msport.az xəbər verir ki, Murad Musayevin komandası Mixeil Erqemlidzedən qurtulmağın yolunu tapıb.

Ötən ilin yayında Azərbaycana gəlmiş gürcüstanlı hücumçu ilə hələ 2 ili qüvvədə olan müqavilənin qarşılıqlı razılaşma əsasında xitam verilməsi üçün aparılan danışıqlar yekunlaşmaq üzrədir. Ötən mövsüm nadir hallarda heyətə düşən 22 yaşlı forvard bəzən “Sabah 2″də I divizionda da forma geyinirdi.

Onunla yanaşı, Xuan Kamaranın da paytaxt klubunu tərk etməsi gözlənilir. “Sabah”da icarə əsasında oynayan ispaniyalı futbolçu yenidən Polşa “Yagelloniya”sına qayıdacaq. “Barselona”nın yetirməsi olan yarımmüdafiəçi 2021-2022-ci illər mövsümündə “Sabah”ın heyətində bütün turnirlərdə 22 oyunda meydana çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər