"Sabah" mərakeşli müdafiəçi aldı
“Sabah” komandası heyətini yeni futbolçu ilə gücləndirib.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, mərakeşli müdafiəçi Maruan Hadudi ilə 1+1 illik müqavilə imzalanıb.
Oyunçu yeni komandasında 24 nömrəli formada çıxış edəcək.
Hadudi karyerası ərzində ölkəsinin “Rasinq Kasablanka”, “Berkan”, “Difaa” və “Raca Kasablanka” klublarının şərəfini qoruyub.







