featured-image-36966

“Sabah” basketbol klubu Serbiyada təşkil edilən təlim-məşq toplanışında ikinci yoxlama görüşünü keçirib.

Msport.az xəbər verir ki, Azərbaycan çempionu yerli “Radniçki” klubu ilə qarşılaşıb.

Belqradda baş tutan matç gərginliyi ilə diqqət çəkib. Serbiyanın yüksək liqa təmsilçisi sonda 82:81 hesablı qələbə qazanıb.

Qeyd edək ki, “Sabah” ilk yoxlama oyununda Serbiyanın digər komandası “Vrsac”a 57:62 hesabı ilə məğlub olub.

Bənzər xəbərlər