"Şamaxı" axır ki, ötən mövsümki heyətdən kimisə saxladı - RƏSMİ
Mövsüm başa çatdıqdan sonra yeni baş məşqçi Azər Bağırovla anlaşan “Şamaxı” heyətini formalaşdırmağa davam edir.
Msport.az xəbər verir ki, əyalət klubunu artıq 17 futbolçu tərk edib.
“Şirlər” Həbib İsmayılovla müqavilənin müddətini uzadıb. 22 yaşlı yarımmüdafiəçi daha iki il “Şamaxı”nın formasını geyinəcək.
H. İsmayılov “Şamaxı”da 18 oyunda meydana çıxıb.







