"Şamaxı" bəyanat yaydı - Cavid Hüseynov baş məşqçi olmayacaq
“Şamaxı” klubu yeni bəyanat yayıb. Msport.az klubun rəsmi facebook səhifəsinə istinadən xəbər verir ki, məlumatda məşqçilər məsələsinə də toxunulub:
“Şamaxı FK bildirir ki, hal-hazırda əsas komandanın məşqçi və futbolçu heyətinin formalaşdırılması ilə bağlı zəruri hüquqi prosedurların icrası həyata keçirilir. Artıq Vüqar Əsgərli ilə əsas komandanın baş məşqçisi qismində, Cavid Hüseynov, Rüstəm Əliyev və Elhad Nəziri ilə baş məşqçinin köməkçiləri kimi münasibətlər rəsmiləşdirilmişdir.
Eyni zamanda, Rüstəm Əliyev ilə əvvəllər imzalanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilmişdir.
Digər vacib bir təyinat klubun baş meneceri ilə bağlıdır. Bu vəzifəni Kamran İsmayılov icra edəcək.
Digər təyinatlar, komandanın məşqçi və oyunçu heyətinin formalaşdırılması ilə bağlı yeniliklər barədə Şamaxı FK ictimaiyyətə yaxın vaxtlarda əlavə məlumat verəcəkdir.