featured-image-8578

“Şamaxı”da rəhbər dəyişikliyi baş verdikdən sonra komandanın artıq Bakıda məskunlaşmayacağı bildirilirdi. Doğrudan da “qırmızı-ağlar”ın əsas komandası Şamaxıda qalır, orada hazırlıq keçir, yalnız yoxlama oyunları üçün paytaxta gəlir.

Ancaq əyalət klubunun Futbol Akademiyası Bakıda olacaq, aşağı yaş qrupları üzrə komandalar burada məşq edəcəklər.

Msport.az-ın məlumatına görə, “Şamaxı” Akademiya üçün əvvəlcə “ASK Arena” ilə danışıqlar aparmaq istəsə də, “yox” cavabı alıb. Buna səbəb orada “Sabah”ın müxtəlif komandalarının məşq etməsidir.

Bundan sonra “Şamaxı” Olimpiya növləri üzrə Milli komandalar üçün Təlim-Məşq Mərkəzinə (“Neftçi”nin köhnə bazası) üz tutub. Qeyd edək ki, bütün bu danışıqları veteran futbolçu, “Qəbələ”nin sabiq baş məşqçisi Ramiz Məmmədov aparır. Onun klubda önəmli postlardan birini tutması gözlənilir.

Bənzər xəbərlər