"Şamaxı"nın futbolçusu Gürcüstan klubuna keçdi
“Şamaxı”nın sabiq futbolçusu Merab Qiqauri karyerasını yenidən Gürcüstanda davam etdirəcək. Msport.az xəbər verir ki, 29 yaşlı futbolçu Kutaisi “Torpedo”su ilə müqavilə bağlayıb.
Dayaq yarımmüdafiəçisi “Şamaxı”da rəhbər dəyişikliyi olduqdan sonra Azərbaycanda qalmaq istəsə də, onu qane edəcək təklif gəlməyib. Qiqauri ölkəmizdə “Şamaxı”dan başqa, “Qəbələ”də də çıxış edib.
Yarımmüdafiəçi ötən mövsüm Azərbaycan Premyer Liqasında 24 oyunda 2 qol vurub. Qiqauri 2011-2014-cü illərdə də Kutaisi “Torpedo”sunun formasını geyinib.